Mahir Emreli Türkiyəyə gedə bilər - İDDİA

18:22 26 Dekabr 2022

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli "Dinamo"nu tərk edə bilər.

 

Sportarena.az xəbər verir ki, Zaqreb təmsilçisi qış transfer pəncərəsi zamanı 25 yaşlı forvardla yolları ayırmağı planlaşdırır. Bu barədə yerli məlumat xəbər yazıb.

 

Mahir Emrelinin karyerasını Türkiyədə davam etdirəcəyi gözlənilir. İddiaya görə, türk klublarında biri azərbaycanlı futbolçu üçün 1 milyon avro ödəməyə hazırdır.

 

Qeyd edək ki, Mahir Emreli "Dinamo"ya bu ilin yanvar ayında Polşa "Legiya"sından transfer olunub. O, cari mövsümdə Xorvatiya təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti