Rəmiş Malıyev baş katib seçildi

22:06 26 Dekabr 2022

Azərbaycan Pankration, Qrappinq və MMA Federasiyasının hesabat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, tədbir 2022-ci ilin yekunlarına həsr olunub.

 

Federasiya prezidenti Azad Əsgərov əldə olunan uğurlar barədə məlumat verdikdən sonra idarə heyəti və növləri üzrə vitse-prezidentlər müəyyənləşib. Rəmiş Malıyev baş katib, Hüseynəli Abbaslı qrapplinq üzrə 1-ci vitse-prezident seçilib. Kamil Qocayev qrapplinq, Çingiz Kişiyev MMA, Rəşad Seyfəddinov MMA və pankration üzrə vitse-prezident olub.

 

Tədbirdə 2022-ci ilin ən yaxşıları da mükafatlandırılıb. Ən yaxşı idmançılar, həmçinin “İlin məşqçisi”, “İlin klubu”, “İlin hakimi” və “İlin Media qurumu” nominasiyaları üzrə qaliblər təltif edilib.


Digər xəbərlər

Xəbər xətti