İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi PSV-nin hücumçusu Kodi Qakponun transferini həll edib. Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.
Keçid qış transfer pəncərəsi zamanı rəsmiləşəcək. "Liverpul"un "Mançester Yunayted"in də transfer etmək istədiyi 23 yaşlı futbolçu üçün 40+10 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edeək ki, Kodi Qakpo PSV-nin yetirməsidir. Niderland millisinin üzvü cari mövsümdə Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 24 matçda 13 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.