İstanbul klubu italiyalı yarımmüdafiəçi transfer etdi

10:19 27 Dekabr 2022

Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi Andrea Bertaloççini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Andrea Bertaloççi 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarınadək "Fatih Karagümrük"də çıxış edib. İtaliyalı futbolçunun son klubu "Kayserispor" olub.


Digər xəbərlər

Xəbər xətti