"Səbail" və "Şamaxı" "Qəbələ"nin futbolçusunu istəyir

15:42 27 Dekabr 2022

"Qəbələ"nin futbolçusu Ülvi İsgəndərov komandanı tərk edə bilər.

 

Sportarena.az saytına verilən məlumata görə, 25 yaşlı hücumçunun xidmətində Premyer Liqadan iki klub maraqlıdır. "Səbail" və "Şamaxı" azərbaycanlı forvardı transfer etmək istəyir.

 

Qeyd edək ki, Ülvi İsgəndərov "Qəbələ"nin yetirməsidir. O, cari mövsümdə "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 20 matçda 4 qol vurub.


Digər xəbərlər

Xəbər xətti