“Vüqar Həşimov Memorial-2022”: Nodirbekin qələbə posteri məşhur “Times” meydanında sərgilənib - FOTO

16:05 27 Dekabr 2022

Azərbaycan şahmat tarixində ilklərlə zəngin olan “Vüqar Həşimov Memorial” növbəti uğura imza atıb.

 

Sportarena.az xəbər verir ki, elit şahmatçıların iştirakı ilə təşkil olunan “Vüqar Həşimov Memorial-2022”nin qalibi özbəkistanlı Nodirbek Abdusattorovun qələbə posteri ABŞ-ın məşhur “Times” meydanında nümayiş olunub.

 

Nyu-York sakinləri posteri şəhərin ən prestijli monitorları vasitəsilə izləyiblər.

 

Qeyd edək ki, daha əvvəl “Vüqar Həşimov Memorial-2022”nin posteri də “Times” meydanında nümayiş edilib.


Digər xəbərlər

Xəbər xətti