RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

14:37 27 Dekabr 2022

Rusiya Futbol İttifaqı (RFİ) Asiya Futbol Konfederasiyasına (AFK) keçidlə bağlı İcraiyyə Komitəsinin səsverməsini növbəti dəfə təxirə salmaq qərarına gəlib.

 

Sportarena.az xəbər verir ki, qurumun mətbuat xidməti toplantının dekabrın 31-dək baş tutacağını açıqlayıb.

 

RFİ-nin prezidenti Aleksandr Dyukov noyabrın 27-dəki açıqlamasında AFK-ya keçid məsələsinə dekabrın 23-də baxılacağını bildirsə də, İcraiyyə Komitəsinin iclası bu günə təxirə salınmışdı: “İcraiyyə Komitəsinin UEFA-dan AFK-ya keçmək barədə səsverməsi dekabrın 31-dək baş tutacaq”.

 

Qeyd edək ki, fevralın 28-də UEFA və FIFA Rusiyanın klub və yığma komandalarını beynəlxalq yarışlardan kənarlaşdırıb.


Digər xəbərlər

Xəbər xətti