“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında paylaşım edib.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü azarkeşlərə təşəkkür edib və mövsümün ikinci hissəsinin də maraqlı keçəcəyini bildirib:
“2022/23 mövsümünün yarısına çatdıq. İrəlidə bizi maraqlı ikinci hissə gözləyir. Hər bir azarkeşə böyük minnətdarlıq bildirmək istərdim. Sizinlə birlikdə biz daha da güclüyük”.
Qeyd edək ki, “Qarabağ” qış fasiləsinə 50 xalla lider olaraq yollanıb. “Köhlən atlar” ən yaxın izləyicisi “Sabah”ı 7 xal qabaqlayır.