Almaniyanın "Bavariya" klubunun və Kanada millisinin futbolçusu Alfonso Deyvis karyerasını İspaniyada davam etdirə bilər.
Sportarena.az AS nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" 2024-cü ilin yayında 22 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir.
Madrid təmsilçisinin rəhbərliyi oyunçunun çıxışını bəyənir və bu transferdə israrlıdır.
Qeyd edək ki, 2018-ci ildən "Bayern"in formasını geyinən Alfonso Deyvisin müqaviləsi 2025-ci ildə başa çatmalıdır. O, cari mövsüm ölkə çempionunun heyətində 24 oyuna 4 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.