Lautaro Martinez "İnter"də qaldı

23:02 27 Dekabr 2022

Lautaro Martinezin agenti Alexandro Kamano hücumçunun qarşıdakı "transfer pəncərəsi"ndə "İnter"i tərk etmək fikrində olmadığını bildirib.

 

Sportarena.az "Fcinter1908.it" portalına istinadən xəbər verir kii, futbol agenti argentinalının karyerasına Milan klubunda davam etdirəcəyini söyləyib:
 

"İnter"in qələbələri onun üçün ən vacib olan məsələdir. O hesab edir ki, "İnter" azarkeşləri Argentina millisinin dünya çempionatında bu gözəl qələbəsinə töhfə veriblər. Martinez karyerasına bu komandada davam edəcək".
 

Qeyd edək ki, Lautaronun “İnter”lə müqaviləsi 2026-cı il iyunun  30-da başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti