“Tottenhem”in hücumçusu Deyan Kuluşevski vətəni İsveçdə 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı isveçli futbolçu karyerasında ilk dəfə bu mükafata layiq görülüb.
Kuluşevski xoşbəxt olduğunu və özü ilə fəxr etdiyini dilə gətirib:
“Bu mövsüm fantastik keçdi. Mən çox xoşbəxtəm. Mükafatı qazandığım üçün özümlə fəxr edirəm. Bu istiqamətdə çox insan mənə kömək etdi. Lakin, bu, çətinliklə başa gəldi”.