"Santos" Peleyə görə loqosunu dəyişəcək

09:58 28 Dekabr 2022

Braziliyanın “Santos” klubu yaxın vaxtlarda loqosunu dəyişdirəcək.

 

Sportarena.az klubun rəsmi “tvitter” hesabına istinadən xəbər verir ki, loqoya keçmiş futbolçu Pelenin şərəfinə tac əlavə ediləcək.

 

Noyabrın 29-da tənəffüs yolu infeksiyasının müalicəsi üçün kimyaterapiya kursunu tənzimləmək məqsədilə xəstəxanaya yerləşdirilən Pelenin müalicəsində mənfi tendensiya müşahidə olunur. Bu səbəbdən, böyrək və ürək disfunksiyasına görə daha intensiv müalicə tələb olunur.

 

82 yaşlı üçqat dünya çempionu dekabrın əvvəlində yenidən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti son günlər daha da pisləşib.

 

Qeyd edək ki, “Sambaçı” 1958, 1962 və 1970-ci illərdə dünya çempionu tituluna yiyələnib. Braziliyalı keçmiş hücumçu FİFA-nın versiyasına əsasən, 20-ci əsrin ən yaxşı futbolçusu hesab edilib.


Digər xəbərlər

Xəbər xətti