"Şaxtyor" "Arsenal"ın Mixailo Mudrik üçün ilk təklifini geri çevirib.
Sportarena.az “ESPN”a istinadən xəbər verir ki, London təmsilçisi 21 yaşlı futbolçu üçün 65 milyon avro təklif edib: 40 milyonu dərhal, qalan 25 milyonu isə sonrakı ödənişlərlə. “Şaxtyor” isə Mudrik üçün 100 milyon avro tələb edir.
"Arsenal" Ukrayna klubuna rəsmi təklif göndərən yeganə komandadır. Tərəflər arasında danışıqlar davam edir. Mudrik 2017-ci ildən "Şaxtyor"da çıxış edir.
Qeyd edək ki, Ukrayna çempionatında bu mövsüm Mudrik 18 oyun keçirib, 10 qol vurub və 8 assist edib.