“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 17-ci turunun “Lids”lə oyunundan öncə fikirlərini bölüşüb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, onun fikrincə, bu, ən çətin oyunlardan biri olacaq:
“Statistikaya görə, “Lids” Premyer Liqanın ən aqressiv komandasıdır. Düşünməyə vaxtımız olmayacaq. Dəqiq hərəkət etməliyik”.
“Şəhərlilər” 32 xalla turnir cədvəlində üçüncü, “Lids” isə 15 xalla 15-ci yerdədir.
Qeyd edək ki, “Mançester Siti” dekabrın 29-da “Lids”lə üz-üzə gələcək.