Milli voleybolçu Çin klubu ilə müqavilə bağladı

12:37 - 28 Dekabr 2022 - Voleybol

Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu məlum olub.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Çində davam etdirəcək.

 

Əliyeva “Şenzen Jonqsay” klubu ilə müqavilə imzalayıb. O, 2022/23 mövsümünün sonunadək bu klubda çıxış edəcək. 

 

Əliyeva mövsümə Filippində başlayıb. O, 2022-ci ilin ikinci yarısını “Çoko Muço Flinq Titans”da keçirib.

 

Qeyd edək ki, 2015/16 mövsümündə “Azərreyl”də çıxış etmiş voleybolçu həmin vaxtdan sonra ölkə xaricində legioner həyatı yaşayır.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin