2022-ci ildə idmançılarımız bu qədər medal qazandı

20:00 28 Dekabr 2022

Gənclər və İdman Nazirliyi 2022-ci ildə qazanılmış medalların sayını açıqladı.

 

Sportarena.az xəbər verir ki, 2022-ci il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 837 medal qazanıblar.

 

Medalların 356-sı (116 qızıl, 101 gümüş, 139 bürünc) Olimpiya, 384-ü (110 qızıl, 105 gümüş, 169 bürünc) qeyri-Olimpiya, 97-si (44 qızıl, 18 gümüş, 35 bürünc) paralimpiya proqramının payına düşür.


Digər xəbərlər

Xəbər xətti