"Dünya çempionatını tərk etmək bizi çox sarsıtdı" - Markus Reşford

14:39 28 Dekabr 2022

“Mançester Yunayted”in hücumçusu Markus Reşford Premyer Liqanın 17-ci turunun “Nottingem Forest” matçı (3:0) haqda fikirlərini bildirib.

 

Sportarena.az “BBC Sport”a istinadən xəbər verir ki, o, DÇ-2022 barədə də danışıb:

“Futbolda eniş-yoxuşlar olur və siz emosiyalarınızı idarə etməyi öyrənməlisiz. Bəzən çətin olur. Dünya çempionatını tərk etmək bizi çox sarsıtdı. Lakin biz həmin məğlubiyyətin üzərində çox dayanmadıq. DÇ-2022-dən qayıdan və yenidən “qırmızı şeytanlar”ın oyun üslubuna diqqətini yönəldən hər kəsin reaksiyasından məmnunam”.

 

Qeyd edək ki, “Mançester Yunayted” 29 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı pillədədir. “Nottingem Forest” isə 13 xalla 19-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti