“Arsenal” klubu “Emireyts” stadionunun kənarında Arsen Vengerin heykəlini ucalda bilər.
Sportarena.az “The Telegraph”-a istinadən xəbər verir ki, fransız mütəxəssis klubdan ayrıldıqdan sonra ilk dəfə “Arsenal”ın oyununa baş çəkib (“Arsenal” – “Vest Hem”).
Venger 1996-2018-ci illərdə “Arsenal”ı çalışdırıb. O, komandadan ayrıldıqdan sonra heç bir klubu çalışdırmayıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən matçda “topçular” “Vest Hem”i məğlub edib (3:1).