Portuqaliya Futbol Federasiyası milli komanda üçün baş məşqçi axtarışını davam etdirir.
Sportarena.az xəbər verir ki, Avropa təmsilçisini hazırda "Fənərbaxça"da işləyən Jorje Jesus çalışdıra bilər. Bu barədə "Record" nəşri məlumat yayıb. 68 yaşlı mütəxəssis federasiya ilə danışıqlara hazır olduğunu bildirib.
Jorje Jesus mövsümün əvvəlində "Fənərbaxça"nın baş məşqçisi postuna təyin olunub. İstanbul təmsilçisi hazırda Super Liqada 32 xalla turnir cədvəlinin lideridir.
Qeyd edək ki, dünya çempionatındakı uğursuz nəticədən sonra Portuqaliya millisinin baş məşqisi Fernando Santosu istefaya göndərilib.