“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın “Universitatya Krayova”ya keçməməsinin səbəbi məlum olub.
Sportarena.az xəbər verir ki, bu barədə "Playtech.ro" nəşri məlumat yayıb.
Rumıniya klubunun rəhbərliyi "ağ-qaralar"ın təzminat tələbi ilə razılaşmayıb
47 yaşlı mütəxəssisin müqaviləsi davam etdiyindən, "Neftçi" qarşı tərəfdən 150 min avro təzminat istəyib. Rumıniya klubu isə tələb edilən məbləği ödəmək istəməyib.
Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir.