Yaponiya baş məşqçisi ilə müqavilə uzatdı

17:54 28 Dekabr 2022

Futbol üzrə Yaponiya millisinin baş məşqçisi Moriyasu Hadzimenin müqaviləsinin müddəti uzadılıb.

 

Sportarena.az Yaponiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub.

 

Qeyd edək ki, Hadzime 2018-ci ildəki dünya çempionatından sonra yığmanın sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında Qətərdəki mundialda 1/8 final mərhələsində Xorvatiyaya penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.


Digər xəbərlər

Xəbər xətti