“Qarabağ”ın futbolçusu Musa Qurbanlı Premyer Liqada yaranan qış fasiləsindən istifadə edərək Fransaya gedib.
Sportarena.az xəbər verir ki, hazırda Parisdə olan Qurban Qurbanovun oğlu PSJ-nin “Strasburq”la keçirilən matçını da izləyib.
O, bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib. Qurbanlının matçı Messi forması ilə izləməsi diqqət çəkib.