“Mançester Siti” Premyer Liqanın 17-ci turunda “Lids”i məğlub edib (3:1).
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin matçda dubla imza atan Erlinq Haland Premyer Liqada vurduğu qolların sayını 20-yə çatdırıb.
Norveçli hücumçu 14 oyuna çıxmaqla bu uğura imza atıb və 20 qola ən tez çatan oyunçu olub.
Öncədən Kevin Fillips Premyer Liqada 21 matçda 20 qol vurub.
Qeyd edək ki, hazırda “Mançester Siti” 35 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədədir. “Lids” isə 15 xalla 15-ci pillədə qərarlaşıb.