AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayevin cəzasını azaldıb.
Sportarena.az federasiyanın saytına istinadən xəbər verir ki, paytaxt klubunun apellyasiya şikayəti qismən təmin edilib.
Qeyd edək ki, AFFA İntizam Komitəsi dekabrın 2-də Mirbağır İsayevin üç ay müddətinə futbol sahəsində çalışmasına qadağa qoyub. Apellyasiya Arbitraj Tribunalı bunu bir ay şərti olmaqla iki aylıq cəza ilə əvəzləyib.