"Neftçi"nin legioneri Kenni Sayef xanımı ilə birlikdə istirahət üçün İngiltərəyə yollanıb.
Sportarena.az xəbər verir ki, Londona uçan Sayef həm də İngiltərə Premyer Liqasının oyununu izləyib.
Belə ki, o, xanımı ilə birlikdə "Stemford Bric"də Premyer Liqanın 17-ci turunun "Çelsi" - "Bornmut" (2:0) görüşünə tribunadan baxıb.
Xatırladaq ki, "Neftçi" ABŞ millisinin sabiq üzvü ilə yayda müqavilə imzalamışdı.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü yarımmüdafiəçinin paytaxt klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da baş çatacaq.