“Sevilya”nın hücumçusu Alexandro Qomes qış “transfer pəncərəsi”ndə komandanı tərk etmək niyyətindədir.
Sportarena.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, argentinalı “Atalanta”ya qayıtmağı planlaşdırır.
Qomez 2021-ci ildən "Sevilya"da çıxış edir. Amma o, komandanın əsas oyunçusuna çevrilə bilməyib.
Qeyd edək ki, 34 yaşlı futbolçu “Arsenal”(Sarandi), “San Lorenzo”, “Kataloniya”, “Metallist”(Xarkov) və “Atalanta”da oynayıb.