"Bu, mənim üçün olduğu kimi, onun üçün də həyatının məqsədi idi" - Mbappe

18:58 29 Dekabr 2022

PSJ-nin futbolçusu Kilian Mbappe DÇ-2022 finalında Argentina ilə matçdan sonra rəqibin kapitanı Lionel Messiyə dediyi sözləri xatırlayıb.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı hücumçu deyib:

“Oyundan sonra Messi ilə danışdım, onu təbrik etdim. Bu, mənim üçün olduğu kimi, onun üçün də həyatının məqsədi idi. Amma uğursuz oldum. Həmişə yaxşı futbolçu olmalısan".

 

Qeyd edək ki, Fransa Qətərdə keçirilən dünya çempionatının final oyununda Argentinaya penaltilər seriyasında uduzub.


Digər xəbərlər

Xəbər xətti