“Sabah” qapıçı Aleksandr Neçayevlə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, belaruslu qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Neçayevə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, 28 yaşlı qapıçı bu ilin yanvar ayından bu komandanın üzvü idi.