“Neftçi”nin futbolçusu Fərid Yusifli əməliyyat olunub.
Sportarena.az xəbər verir ki, Yusifli ikitərəfli qasıq yırtığına görə cərrahi müdaxiləyə ehtiyac duyub.
20 yaşlı yarımmüdafiəçi təxminən 4 həftədən sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, Fərid Yusifli Premyer Liqanın 17-ci turu çərçivəsində dekabrın 15-də “Turan Tovuz”la keçirilmiş səfər oyununda zədələnmişdi.