Obamadan Pele ilə bağlı paylaşım – FOTO

14:46 30 Dekabr 2022

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Barak Obama əfsanəvi braziliyalı futbolçu Pelenin ölümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, o, Peleni dünyanın ən tanınmış idmançılarından biri kimi xatırladıb:

“Pele baxımlı futbol oynayan ən böyük oyunçulardan biri idi. Dünyanın ən tanınmış idmançılarından biri kimi o, idmanın insanları bir araya gətirmək gücünü dərk edirdi. Bütün düşüncələrimiz hazırda onun ailəsinə və onu sevən, azarkeşlik edən şəxslərə yönəlib”.

 

Qeyd edək ki, Pele ötən gün vəfat edib.



Digər xəbərlər

Xəbər xətti