Premyer liqa oyunları sükutla başlayacaq - SƏBƏB

16:25 30 Dekabr 2022

İngiltərə Premyer Liqasının üç gün ərzində keçiriləcək bütün oyunlarında braziliyalı mərhum futbolçu Pele yad olunacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə qərarı İngiltərə Premyer Liqasının rəhbərliyi verib.

 

Dekabrın 30-31-də və yanvarın 1-də keçiriləcək oyunlar bir dəqiqəlik sükutla başlayacaq. Bundan başqa, oyunların bütün iştirakçıları qollarında qara sarğı ilə meydana çıxacaqlar.

 

Qeyd edək ki, Pele dünən axşam 82 yaşında vəfat edib.


Digər xəbərlər

Xəbər xətti