Azərbaycanlı futbolçu Türkiyədə klubunu dəyişdi

16:59 - 30 Dekabr 2022 - Voleybol

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Vüsalə Seyfəddinova Türkiyədə klubunu dəyişib.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı futbolçu “Amedspor”la anlaşıb.

 

Seyfəddinova Super Liqanın B qrupunda çıxış edən klubla müqavilə imzalayıb. “Amedspor” onunla yanaşı, bir qapıçı və bir müdafiəçini də heyətinə qatıb.

 

Seyfəddinova mövsümün ilk dövrəsini Türkiyənin digər klubu “Adana İdmanyurdu”da keçirib.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin