Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Adana Demirspor"un müdafiəçisi Samet Akaydını transfer edib. "Sarı-lacivərtlilər" transfer pəncərəsi açıldıqdan sonra keçidi elan edəcək.
"Fənərbaxça" 28 yaşlı mərkəz müdafiəçisi üçün Adana klubuna 4 milyon avro ödəyəcək. Təcrübəli oyunçu ilə 3,5 illik müqavilə imzalanacaq. Türk futbolçu illik 16 milyon TL maaş alacaq.
Qeyd edək ki, Samet Akaydın cari mövsümdə "Adana Demirspor"un heyətində meydana çıxdığı 16 Super Liqa matçında 1 qol vurub.