Dünya çempionatında göstərdiyi performansla Avropa nəhənglərinin diqqətini cəlb edən Enzo Fernandes karyerasını İngiltərə davam etdirməyə yaxındır.
Sportarena.az xəbər verir ki, "Benfika"nın futbolçusu "Çelsi"yə keçə bilər. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Premyer Liqa təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün "Benfika" ilə danışıqlara başlayıb. London klubu argentinalı oyunçunun müqaviləsində yer alan 120 milyon avroluq satınalma məbləğini ödəməyə hazırdır. Argentina millisinin üzvü də "Çelsi"də oynamaq istədiyini rəhbərliyə bildirib.
Enzo Fernandes Qətərdə keçirilən dünya çempionatının ən yaxşı gənc oyunçusu seçilib.