“Liverpul” qışda heyətini ekvadorlu futbolçu ilə gücləndirmək niyyətindədir.
Sportarena.az “The Times”a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi “Brayton”un yarımmüdafiəçisi Moses Kaysedo üçün hərəkətə keçib. 21 yaşlı futbolçunun hazırkı komandası ilə 2025-ci ilə qədər müqaviləsi qüvvədədir.
Yurgen Klopp ekvadorlunu sərəncamında görmək istəyir.
Kaysedo “İndependiente”, “Brayton”, “Beerşot” klublarında oynayıb.