"Milan"ın baş məşqçisi Stefano Pioli "Real"ın çalışdırıcısı Karlo Ançelotti haqda danışıb.
Sportarena.az xəbər verir ki, Ançelotti 2001-2009-cu illərdə İtaliya təmsilçisində işləyib və komanda ilə Çempionlar Liqasında iki dəfə qalib olub.
Pioli deyib: "Ançelotti hər şeydə birincidir. O, bacardığı hər şeyi qazanıb, ən yaxşı oyunçularla çalışıb. Özünəməxsus üslubu, taktikası, ləyaqət hissi var, əla intellektə malikdir. Mənim üçün o, "istinad nöqtəsi", yəni hər şeydə nümunə olaraq qalır".