"Qalatasaray" "Spartak"ın furbolçusunu istəyir

09:39 2 Yanvar 2023

“Spartak”ın futbolçusu Şamar Nikolson karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportarena.az “takvim.com”-a istinadən xəbər verir ki, “Qalatasaray” 25 yaşlı yamaykalı futbolçunu transfer etməkdə iddialıdır.

 

İstanbul təmsilçisi mövsümün sonuna qədər onu icarəyə götürmək istəyir.

 

Qeyd edək ki, Nikolson bu mövsüm Rusiya klubunun heyətində 34 oyuna çıxıb, 12 qol vurub. O, 2021-ci ilin dekabrından “Spartak”da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti