“Monako”nun futbolçusu Benoit Badiaşile karyerasını İngiltərədə davam etdirə bilər.
Sportaren.az “The Athletic”-ə istinadən xəbər verir ki, 21 yaşlı fransalı futbolçu “Çelsi”yə keçməyə yaxındır.
Bu keçid London klubuna 38 milyon avroya başa gələ bilər.
Qeyd edək ki, Badiaşile bu mövsüm “Monako”nun heyətində Liqa 1-də 16 oyuna çıxıb və 2 qol vurub.