“Aston Villa”nın baş məşqçisi Unay Emeri İngiltərə Premyer Liqasının 18-ci turunun “Tottenhem”lə matçından sonra (2:0) açıqlama verib.
Sportarena.az BBC-yə istinadən xəbər verir ki, o, ilk hissənin çətin keçdiyini deyib:
“Biz çox xoşbəxtik. Düşünürəm ki, komandam yaxşı mübarizə apardı. İlk hissə bizim üçün çətin keçdi. Lakin rəqib də çox qol şansı yaratmadı. Bizdə qələbəyə inam hissi var idi. İkinci qolumuz heyrətamiz idi. Həmin an üç xal qazanacağımızı artıq hiss edirdik.
Səfər matçlarında, bir qayda olaraq, daha çox müdafiə olunmalısan. Məncə, müdafiədə çox güclü çıxış etdik. “Tottenhem”in şansları çox olmadı. Hücumda təhlükəli idilər. Bizdə təkcə Emiliano Martines yox, digər oyunçular da yaxşı oynayır”.
Qeyd edək ki, hazırda “Aston Villa” turnir cədvəlində 21 xalla 12-ci, “Tottenhem” 30 xalla 5-ci pillədə qərarlaşıb.