PSJ-nin baş məşqçisi Kristof Qalte Fransa çempionatının 17-ci turunun “Lans”la matçını (1:3) şərh edib.
Sportaren.az “Tutto Mercato Web”-ə istinadən xəbər verir ki, o, rəqibin qələbəyə layiq oynadığını deyib:
“Onlar qələbəyə layiq idilər. Komandamda birlik yox idi. “Lans” ilk qolu vurduqdan sonra çoxlu səhvlərə yol verdik. Futbolçularım qeyri-dəqiq ötürmələr edirdi”.
Qeyd edək ki, PSJ 17 matçdan sonra 44 xalla turnir cədvəlinə başçılıq edir.