Məşhur futbolçu medalını qorumaq üçün it aldı

16:25 2 Yanvar 2023

Argentina milli komandasının və "Aston Villa"nın qapıçısı Emilyano Martines maraqlı addımı ilə gündəmə gəlib.

 

Sportarena.az "Daily Mail"ə istinadən xəbər verir ki, 32 yaşlı "əlcək sahibi" İngiltərədə yerləşən evini və dünya çempionatında qazandığı qızıl medalı qorumaq üçün xüsusi təlim görmüş it alıb. Təcrübəli qolkiper it üçün 25 min avro ödəyib.

 

Qeyd edək ki, bu itlərin çəkisi 30 kq-a qədərdir. Böyük Britaniya və ABŞ-dakı elit hərbi hissələr onlardan tez-tez döyüş missiyaları üçün istifadə edirlər.


Digər xəbərlər

Xəbər xətti