Almaniyanın “Verder” klubu yarımmüdafiəçisi Nikolay Rappla yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”ə keçib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Rappın bu mövsümün sonuna kimi icarə əsasında “Kayzerslautern”in uğurları üçün çalışacağı açıqlanıb.
Qeyd edək ki, “Hoffenhaym”ın yetirməsiolan futbolçu “Qroyter”, “Ersgebirge”, “Union Berlin”, “Darmştadt” kimi klubların da formasını geyinib. O, 2021-ci ilin iyunundan “Verder”in uğurları üçün çalışırdı.