“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 19-cu turunun “Brentford”la matçından sonra (1:3) açıqlama verib.
Sportarena.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, oyunun hakimlərini tənqid edib:
“Siz nə vaxtsa futbol oynamısınızsa, bunu bilirsiz: yüngül bir təkan belə, tarazlığınızı saxlamaqda sizə çətinlik törədə bilər. İbrahima Konate də həmin epizodda bunu yaşadı.
Hakimlərlə söhbət etmək? Əslində, bu, mənim mikrodalğalı sobamla danışmağım kimidir: heç bir cavab almıram. Mən hakimlərdən bizim xeyrimizə heç nə gözləmirəm”.
Qeyd edək ki, “Liverpul” turnir cədvəlində 28 xalla 6-cı pillədə qərarlaşıb.