Albaniya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, bu posta Silvinyo təyin olunub. 48 yaşlı mütəxəssis Eduardo Reyini əvəzləyib.
Futbolçu karyerasında "Korintians", "Arsenal", "Selta", "Barselona" və "Mançester Siti"də oynamış Silvinyo, məşqçi kimi "Lion" və "Korintians"da çalışıb.