Keçmiş tennisçi Martina Navratilova boğaz və döş xərçənginə tutulduğunu açıqlayıb.
Sportarea.az xəbər verir ki, tennis dünyasında önəmli adlardan biri olan çexiyalı raketka ustası Navratilovaya boğaz və döş xərçəngi diaqnozu qoyulub.
İngiltərə mətbuatında yer alan xəbərə görə, 66 yaşlı keçmiş tennisçidə xərçəng erkən mərhələdə aşkarlanıb.
Qeyd edək ki, Navratilova qadınların təkbətək yarışlarında ümumilikdə 18 “Böyük Dəbilqə” turnirini qazanıb, onlardan 9-u “Uimbldon”dur.