Hakim "Qalatasaray" və "Beşiktaş"ın lehinə yanlış qərar verib

18:09 3 Yanvar 2023

Türkiyə Futbol Federasiyası Super Liqanın iki matçında hakim səhvinin olduğunu açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, söhbət "Qaziantep" - "Beşiktaş" və "Sivasspor" - "Qalatasaray" qarşılaşmalarından gedir. TFF hər iki oyunun VAR danışıqlarının səs yazılarını ictimaiyyətlə paylaşıb.

 

15-ci tur çərçivəsində Qaziantepdə baş tutan görüşün (1:1) 15-ci dəqiqəsində qonaqların futbolçusu Kevin Nkudu rəqib oyunçuya başla zərbə vurur. Hakim bu epizodda "Beşiktaş"ın vingerini sarı vərəqə ilə cəzalandırıb. VAR futbolçuya qırmızı vərəqə göstərilməli olduğunu desə də, baş hakim Atilla Karaoğlan qərarını dəyişməyib.

 

"Sivasspor" - "Qalatasaray" qarşılaşmasında (1:2) isə 49-cu dəqiqədə meydan sahiblərinin vurduğu qol qeydə alınmayıb. Burada VAR-la baş hakim Erkan Özdamar epizodu ofsayd kimi dəyərləndirib və sivaslıların qolunu ləğv edib.


Digər xəbərlər

Xəbər xətti