Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci il üçün dünyanın ən yaxşı bombardirlərinin siyahısını təqdim edib.
Sportarena.az qurumun saytına istinadən xəbər verir ki, 67 futbolçunun yer aldığı siyahıda Azərbaycan yığmasının və "Qarabağ"ın hücumçusu Ramil Şeydayev də yer alıb.
Forvard 25 qollla 55-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 56 qolla Kilian Mbappe başçılıq edir, 46 qol vuran “Mançester Siti”nin forvardı Erlinq Holand isə ikincidir. Malayziyanın “Johor” klubunun hücumçusu Berqson isə 3-cüdür.