Türkiyənin "Kayserispor" klubu baş məşqçi Çağdaş Atanınm gələcəyi ilə bağlı qərar verib.
Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi 43 yaşlı mütəxəssislə yola davam edəcək. Türk məşqçinin mövsümün sonunda bitməli olan müqaviləsi daha 3 il müddətinə uzadılıb.
Qeyd edək ki, Çağdaş Atan mövsümün əvvəlində "Kayserispor"un baş məşqçisi təyin olunub. "Sarı-qırmızılar" Türkiyə Super Liqasında 16 turdan sonra 23 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.