İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, son ölkə çempionu Paraqvayın "Quarani" klubundan Devis Vaskesi transfer edib. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Milan" 24 yaşlı qapıçı ilə 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Devis Vaskes 2020-ci ilin yayından "Quarani"də çıxış edirdi. Kolumbiyalı qolkiper komandanın heyətində 31 rəsmi matçda meydana çıxıb.