"Şamaxı" 10 günlük istirahətin ardından bu gün "ASK Arena"da qış təlim-məşq toplanışının ilk mərhələsinə start verib.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dörd gün məşqlərini burada davam etdirəcək bölgə klubunun oyunçuları yanvarın 8-də hazırlığın ikinci mərhələsi üçün Türkiyənin Antalya şəhərinə yollanacaq.
"Şamaxı" toplanış çərçivəsində "Kaysar", "Botoşani" və "Napredak"la yoxlama görüşü keçirəcək.